Implant Center
Implant Center
yellow yellow blue
home lupa mail
Azeri lang Russian lang English
Implant Center
HOME
Xidmətlər
Sterilizasiya Protokolu
Bizim həkimlər
Əlaqə


 

 

 

 


Xidmətlər


Biz sizə aşağıdakı xidmət növlərini təklif edirik:

Tam diaqnostik müayinə

Ən müxtəlif texnologiyalardan və rentgen çəkilişlərindən istifadə etməklə, bizim Həkim dişlərinizin və sümük toxumalarının vəziyyəti barədə tam informasiya verəcəkdir ki, bu da dəqiq diaqnoz qoyulmasına, mümkün xəstəliklərin proqnozlaşdırılmasına və düzgün müalicə planının tərtib olunmasına şərait yaradacıqdır.

Uşaqlar və böyüklər üçün terapevtik müalicə

Plomblanma

Klinika ən müasir texnologiya - ABŞ-da istehsal olunan işıqda bərkiyən kompozitlər vasitəsilə dişlərin plomblanmasını təklif edir. Bu plombun qoyulması üçün xəstənin bir gəlişi kifayətdir. Digər tip isə kompozit, qızıl və keramik plomblardır. Onlar laboratoriyada hazırlanır və qoyulması üçün xəstənin bir neçə dəfə gəlməsini tələb edir.

Endodontiya (kanalların müalicəsi)

Xəstənin bir neçə gəlişi zamanı həyata keçirilən bu prosedur kanalların təmizlənməsini və onların Amerika standartına uyğun olaraq, quttaperçadan qayrılmış milciklər vasitəsilə plomblanmasını nəzərdə tutur. Bu metod damar-sinir topasına malik diş boşluğunun infeksiyası zamanı istifadə olunur.

Dişlərin çəkilməsi və implantasiya

Klinikada ağrısızlaşdırmaq yolu ilə müxtəlif çətinlikli dişlərin çəkilməsi həyata keçirilir. Dişlərin implantasiyası - diş yuvalarına titan milciyin yeridilməsi və metal-keramik koronkalar vasitəsilə protezləşdirmə prosedurudur. Əməliyyat ağrısızlaşdırma yolu ilə bir neçə mərhələdə həyata keçirilir. Çıxan protezlərə malik xəstələr üçün də implantasiya mümkündür.

Protezləşdirmənin müxtəlif növləri

Vinirlər - dişlərin rəngini, ölçüsünü və formasını düzəltməyə imkan verən farfor lövhəciklərdir. İki cür vinirlərdən istifadə olunur: işıqda bərkiyən vinirlər xəstənin bir gəlişini, farfor vinirlər isə bir neçə gəlişini tələb edirlər. Vinirlər ABŞ laboratoriyalarında hazırlanır.

Ortodont üzrə məsləhətlər

Ortodontik aparatlardan, breket sistemlərdən (plastik örtüklü metal məftil karkası) istifadə etməklə dişlərinizin üst-üstə düşməsindəki qüsurlar aradan qaldırılır.

Dişlərin gigiyenik təmizlənməsi və ağardılması

Bu prosedur damaqaltı və damaqüstü diş daşlarının və ərpin təmizlənməsini nəzərdə tutur. Klinikaya vaxtında və müntəzəm gəlməklə siz paradontozdan yaxa qurtara bilərsiniz. Ağardılma vasitəsilə diş minasının rəngini daha parlaq etmək olar. (Xəstələr).

BİZ SİZƏ KÖMƏK ETMƏYƏ HƏMİŞƏ ŞADIQ!

 

 

Müştərilərə rahat olsun deyə, biz adi günlər saat 9:00-dan18:00-a qədər, şənbə günləri isə saat 10:00-dan 15:00 -a qədər işləyirik.

yl pxl
Office Pictures
WorldMed WorldMed WorldMed WorldMed WorldMed WorldMed WorldMed